Mehmandarovların evi N p Q p a0e
| | |
| Ölkə |
|
| Şəhər |
|
| Memar | Kərbəlayi Səfixan Qarabaği[1] |
| Tikilmə tarixi | XVIII əsr |
| Vəziyyəti | naməlum |
UNESCO Ehtiyyat Siyahısı | |
| Tipi | Mədəni |
| Kriteriya | i,iv,v,vi |
| Təyin edilib | 2001 |
| İstinad nöm. | 1574 |
| Dövlət | Azərbaycan |
| Region | Avropa |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 347 |
| Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
|
| Kiçik evin birinci və ikinci mərtəbəsinin planı | |
Mehmandarovların evi — Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir.[2] Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir.
Mündəricat
- 1 Memarlıq xüsusiyyətləri
- 2 Divar rəsmləri
- 3 İstinadlar
- 4 Ədəbiyyat
Memarlıq xüsusiyyətləri[redaktə | əsas redaktə]
Ev, planda kvadrat formaya malikdir.[3] İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.[3]
Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradır, yüngül erker və və girişin yaxşı işlənmiş portalı isə fasadı tamamlayır.[3] Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmır. Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.[3]
Divar rəsmləri[redaktə | əsas redaktə]
Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilmiş və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilmişdir. [4] Kompleksə daxil olan Kiçik yaşayış binasında SSRİ dövründə Şuşa Tarix Muzeyi yerəşirdi.
Mehmandarobların evinin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı[4] bir motiv işləmişdir. Şpaler rəsm (təkrarlanan naxış) prinsipinin əsas götürüldüyü bu rəsmdə panelərin sütunlarla ənənəvi sektorlara bölünməsi müşahidə edilmir. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif quşlar təsvir edilmişdir. Kompozisiya Şəki xan sarayının ikinci mərtəbəsindəki zalın nişlərindəki rəsmləri xatırladır. Açıq rənglərdən istifadə etməklə yaradılmış bu panel rəsmləri divarın aşağı hissəsində yerləşdiyinə görə zamanla korlanaraq dövrümüzə yaxşı çatmamışdır (həmin otağın digər divar rəsmləri ilə müqayisədə).[4]
Otaqların düzbucaqlı niş təsvirlərində süjetli rəsmlərə yer verilmişdir ki, bu da Şəkixanovların evinin dekorunu xatırladır.[5] Frizlərdə isə Şəki xan sarayında olduğu kimi kompozisiya və rəng baxımından stilləşdirilmiş nəbati naxışlar yer almışdır.[5] Evin divar rəsmlərini tədqiq etmiş sənətşünas alim N. M. Miklaşevskaya bildirir ki, “Həm Şəki xan sarayında, həm də Mehmandarovların evində friz təsvirləri Usta Qəmbərin rəhbərliyi ilə işlənsə də, Mehmandarovların evinin təsvirləri daha yaxşı alınmışdır. Onlar otağın ümumi təsvirləri ilə daha yaxşı əlaqələndirilmişdir.”[5] Şəki xan sarayının frizində əsas gümüşü budaqları realistik təfsirə malik güllər əhatə edir; burada rənglər daha açıq olmaqla, çoxlu miqdarda gümüşü rəngdən istifadə edilmişdir.[5] Mühmandarovların evində isə naxışlar tünd onda verilmişdir.[5] Frizdəki naxışlar panno timpanlarında da təkrarlanır.[5]
Mehmandarovların evinin parad zalında adətən stalaktitlərin yerləşdiyi hissədə tavan boyunca uzanan və maraqlı frizlə bəzədilmiş oyuq vardır. Bu friz, çiçək və quş kompozisiyasından formalaşdırılmış böyük medalyon formalı maraqlı naxışlarla bəzədilmişdir.[6]
Mehmandarovların evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların evinin plafonlarını xatırlatsa da, onun naxışları rəmg və kompozisiya baxımından xalçaçılıq motivlərinə daha yaxındır. Qarabağ xalçaçılıq məktəbinə xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin kompozisiyanın analogiyasını görmək mümkündür. [7]
- Evin interyerlərində Qənbər Qarabaği tərəfindən çəkilmiş divar rəsmlərinin hissələri

Maral və nar ağacı, niş rəsmi.

Qartal və fazan, divar rəsmindən fraqment.

Stilləşdirilmiş buket formalı panno rəsmi.
- Evin interyerlərində Qənbər Qarabaği tərəfindən çəkilmiş plafon rəsmlərinin hissələri




İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Авалов, Э. В. (1977). Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм, 60.
- ↑ Миклашевская, Н. М. (1952). Стенные росписи Азербайджана XVIII - XIX вв., Архитектура Азербайджана (очерки), 487.
- ↑ 3,0 3,1 3,2 3,3 Саламзаде, 1964, s. 172
- ↑ 4,0 4,1 4,2 Миклашевская, Н. М. (1952). Стенные росписи Азербайджана XVIII - XIX вв., Архитектура Азербайджана (очерки), 488.
- ↑ 5,0 5,1 5,2 5,3 5,4 5,5 Миклашевская, Н. М. (1952). Стенные росписи Азербайджана XVIII - XIX вв., Архитектура Азербайджана (очерки), 489.
- ↑ Миклашевская, Н. М. (1952). Стенные росписи Азербайджана XVIII - XIX вв., Архитектура Азербайджана (очерки), 493.
- ↑ Миклашевская, Н. М. (1952). Стенные росписи Азербайджана XVIII - XIX вв., Архитектура Азербайджана (очерки), 494.
Ədəbiyyat[redaktə | əsas redaktə]
- Авалов, Э. В. (1977). Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм.
- Фатуллаев, Ш. С. (1970). Памятники Шуши.
- Саламзаде, А. В. (1964). Архитектура Азербайджана XVI-XIX вв..
| Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu | |||||||
|---|---|---|---|---|---|---|---|
| Şuşa qalası | Gəncə qapısı • İrəvan qapısı • Ağoğlan qapısı | ||||||
| Meydanlar | Divanxana • Meydan • Aşağı meydan | ||||||
| Küçələr | Rasta bazar • Şeytan bazar • Aşağı bazar | ||||||
| Saraylar və malikanələr | Qarabağ xan sarayı • İbrahimxəlil xan sarayı • Qaraböyük xanım sarayı • Məhəmmədhəsən ağa sarayı • Xan qızı Natəvanın evi • Mehmandarovların evi • Zöhrabbəyovların evi • Səfərbəyovların evi • Fərəməzovların evi • Hacı Quluların mülkü • Hacı Məmmədin evi • Behbudovların evi • Qədimovların mülkü • Mir Möhsün Nəvvabın evi • Əsəd bəyin evi • Uğurlu bəyin evi • Firudin bəyin evi • Hüseyn bəyin evi • Şükür bəyin evi • Ələkbər bəyin evi • Cahangir bəyin evi • Mamay bəyin evi • Cəfərqulu ağanın evi • Üzeyir Hacıbəyovun evi • Zülfüqar Hacıbəyovun evi • Əbdürrəhim bəy Haqverdiyevin evi • Yusif Vəzir Çəmənzəminlinin evi • Sadıqcanın evi • Seyid Şuşinskinin evi • Qasım bəy Zakirin evi • Bülbülün evi • Firudin bəy Köçərlinin evi • Keçəçi oğlu Məhəmmədin evi • Süleyman Sani Axundovun evi • Gəray Əsədovun evi • Cabbar Qaryağdıoğlunun evi • Süleyman Vəzirovun evi • Hüsü Hacıyevin evi • Nəcəf bəy Vəzirovun evi • Səfi bəyin evi • Hacı Əmirin evi • Bəylərin evi | ||||||
| Karvansaralar | İki mərtəbəli karvansaray • Xanlıq Muxtar karvansarayı • Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı • Səfərov qardaşlarının karvansarayı • Zarıslıda Korun karvansarayı | ||||||
| Məbədlər |
| ||||||
| Hamamlar | Şirin su hamamı • Malıbəyli hamamı | ||||||
| Bulaqlar | İsa bulağı • Köçərli bulağı • Mamay bulağı • Novlu bulaq • Şor bulaq • Çuxur məhəllə bulağı • Yusifli bulağı • Çöl qala bulağı • Meydan bulağı • Xoca Mərcanlı bulağı • Seyidli bulağı • Səkili bulağı • Qotur bulağı | ||||||
| Muzeylər | Şuşa tarix muzeyi • Şuşa Rəsm Qalereyası • Şuşa Xalça Muzeyi • Üzeyir Hacıbəyovun ev-muzeyi • Bülbülün ev-muzeyi • Mir Mövhsün Nəvvabın ev-muzeyi | ||||||
| Heykəllər | Molla Pənah Vaqifin büstü • Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi • Qasım bəy Zakirin qəbirüstü abidəsi • Üzeyir Hacıbəyovun heykəli • Bülbülün büstü • Natəvanın büstü | ||||||
| Digər | Heydər türbəsi • Vaqif türbəsi • Molla Pənah Vaqifin mədrəsəsi • Yuxarı məscid mədrəsəsi • Şuşa real məktəbi binası • Şuşa qız məktəbinin binası • Mirzə Həsən qəbiristanlığı • Mirfəseh qəbiristanlığı • Qacarların məqbərə kompleksi • Mirzə Cəmal bəy Cavanşirin məqbərəsi | ||||||
| Azərbaycan sarayları | ||
|---|---|---|
| Monarx sarayları | Ağdam xan sarayı • Bakı xan sarayı • Eldənizlər sarayı† • Əhəmənilər sarayı • Gəncə xan sarayı† • Hökmdar sarayı • Qarabağ xan sarayı • Lənkəran xan sarayı • Naxçıvan xan sarayı • Şamaxı xan sarayı† • Şəki xan sarayı • Sərdar sarayı† • Şirvanşahlar sarayı | |
| Əsilzadə mülkləri | Behbudovların evi • Cahangir bəyin evi • Cəfərqulu ağanın evi • Ələkbər bəyin evi • Əsəd bəyin evi • Fərəməzovların evi • Firudin bəyin evi • Hacı Məmmədin evi • Hacı Quluların mülkü • Həmzə Sultan sarayı • Hüseyn bəyin evi • Xan qızı Natəvanın sarayı • Qaraböyük xanım sarayı • Qədimovların mülkü • Mamay bəyin evi • Məhəmmədhəsən ağa sarayı • Mehmandarovların evi • Səfərbəyovların evi • Səfi bəyin evi • Şəkixanovların evi • Uğurlu bəyin evi • Zöhrabbəyovların evi | |
| Milyonçu malikanələri | Aşurbəyovun villası • De Burun sarayı • Əsədullayevin villası • Əzizbəyovun villası • Hacınskinin villası • Hacıyevin villası • Hacı Zeynalabdin Tağıyevin sarayı • Hacı Zeynalabdin Tağıyevin villası • Muxtarovun villası • Seyid Mirbabayevin sarayı • Səadət Sarayı • Səfərəliyevin villası • Villa Petrolea | |
| Dövlət sarayları | Bakı Şəhər İcra Hakimiyyətinin binası • Gülüstan Sarayı • Hökumət Evi • İsmailiyyə Sarayı • Prezident sarayı • Ulduz sarayı | |